Bir qədər öncə xəbər verdiyimiz kimi, Əmmandan Nyu-Yorka uçan “Royal Jordanian Airlines” aviaşirkətinin iordaniyalı pilotu Nidal Ad-Daja Qüds üzərindən keçərkən sərnişinlərə müraciətində Qüdsü Fələstin dövlətinin paytaxtı adlandırıb.
Moderator.az yazır ki, bu haqda ərəb KİV xəbər yayıb. İordaniya paytaxtı Əmmandakı Kraliça Aliya beynəlxalq hava limanından Nyu-Yorka uçuş üçün səmaya qalxarkən iordaniyalı Nidal Ad-Daja adlı təyyarəçi sərnişinlərə ənənəvi müraciətində Qüdsü Fələstin dövlətinin paytaxtı adlandırıb. “Bizim uçuş marşrutu Fələstinin üzərindən keçəcək, sonra şimala - Fələstin dövlətinin paytaxtı Müqəddəs Əl-Qüdsə uçacağıq”, - deyə müsəlman pilot bəyan edib.İordaniyalı təyyarəçinin bəyanatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı olaraq tanımaq və ABŞ-ın səfirliyini Təl-Əvivdən oraya köçürmək qərarının səbəb olduğu güclü ictimai etirazların fonunda uğurlu səslənib.
Moderator.az yazır ki, dünya mediasında yayılmış son xəbərlərə görə, həmin müsəlman pilot ABŞ-ın Con Keneddi Hava Limanında polis tərəfindən saxlanılıb.