Bu həftə “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə ilə Rusiya arasında razılaşma imzalana bilər.
Qaziler.az bildirir ki, AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bununla bağlı heç bir problem yoxdur.“Kreditləşmə ilə bağlı razılıq əldə olunub. Detallar tamamlandıqdan sonra razılıq bəlkə bu həftə ərzində imzalandı”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, ilkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd “S-400” alacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək.