Səudiyyədə PKK terrorçusu “nazir” kimi təqdim edildi

Səudiyyədə PKK terrorçusu “nazir” kimi təqdim edildi backend

Səudiyyə Ərəbistanının yarı-rəsmi mətbuat orqanlarından olan “Ulkaz” qəzeti PKK terrorçusunu təşkilatın “xarici işlər naziri” kimi təqdim edib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, qəzet adı qırmızı axtarış siyahısında olan PKK terrorçusu Rza Altunu həm “xin rəhbəri”, həm də “Öcalanın yaxın dostu” kimi qələmə verib.

Müsahibə təxminən 3 ay əvvəl İraqın şimalındakı Qəndil dağında baş tutub. Rza Altun müsahibədə PKK-nın Suriyadakı rejim qüvvələri və ABŞ-la əlaqələrini məcburiyyət adlandırıb. Jurnalistin ABŞ və Rusiya ilə münasibətləri barədə sualına isə terrorçu lider ABŞ-la siyasi cəhətdən müxtəlif düşündüklərini bildirib.

Rza Altundan müsahibə alan ərəb jurnalist Abdullah Qadvi bunun özü üçün böyük bir fürsət olduğunu açıqlayıb:

“Bir jurnalist olaraq terrorçu adlandırılan və Türkiyə tərəfindən axtarışda olan biri ilə görüşmək mənim üçün böyük fürsətdir”.