Pentaqon Ukraynaya silah verməyi düşünür

Pentaqon Ukraynaya silah verməyi düşünür backend

Pentaqon Ukraynaya letal (öldürücü) silahlar verilməsi məsələsini nəzərdən keçirir.

QAZİLƏR.AZ-ın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi bəyan edib. O bildirib ki, ABŞ müdafiə idarəsində Ukraynaya letal silahların verilməsi uzun müddətdir öyrənilir və hazırda bu məsələ masadadır.
“Hazırda bizim Ukraynaya və Ukrayna təhlükəsizlik qüvvələrinə yardımlarımız qeyri-letal xarakterlidir. Lakin biz son aylar ərzində Ukrayna hökumətinin bütün yardım tələblərini – həm letal, həm də qeyri-letal – nəzərdən keçirməyə davam edirik”, - deyə C. Kirbi söyləyib.
C. Kirbi Ukraynaya konkret nə vaxt silah verilə biləcəyi haqda heç nə deməyib: “Mən bilmirəm, “nəzərdən keçirilir” sözünə “fəal” kəlməsi əlavə etmək tələb olunurmu? Nəzərdən keçirilirsə, deməli, nəzərdən keçirilir”.
Qeyd edək ki, “The Wall Street Journal” qəzeti Pentaqonun Ukraynaya “Javelin” tank əleyhinə daşına bilən raket sistemləri verilməsi barədə Ağ Ev qarşısında məsələ qaldırdığını yazıb.
Diaspora