İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.Açıqlamada deyilir: "Hava Hücumundan Müdafiə qüvvələri Qəzza zolağından atılan iki raketin qarşısını uğurla alıblar".
Xəsarət alanlar barədə məlumat verilməsə də, 25 min nəfərin yaşadığı Sderota şəhərində həyəcan yaşandığı bildirilir.
Qeyd edək ki, fələstinlilərin yaşadığı anklavdan İsrail ərazisinə raket zərbələrinin endirilməsi ötən həftədən - ABŞ prezidentinin Qüdsü İsrailin paytaxı tanıması qərarını elan edəndən sonra çoxalıb.