YUNİSEF məlumatına görə, Konqoda 400 min uşaq acından ölə bilər.
Moderator.az RİA Novostiyə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasında 400 minə yaxın uşaq aclığa davam gətirə bilməyəcək, çünki yaxın yarım ildə ölkədə ərzaqla bağlı situasiyanın yaxşılığa doğru dəyişəcəyi gözlənilmir.Bu barədə YUNİSEF ikinci gün bəyanat yayıb.
“Ən azı 400 min həddən arrtıq dərəcədə tükənmiş, aclıq çəkən uşaqlar Kasai bölgəsində ölə bilər. Belə fəlakətin yaranmasının səbəbi zor tətbiqinin artması, insanların kütləvi yerdəyişməsi və son ilyarımda aqrar işlərin kəskin azalması olmuşdur”.
BMT-nin Uşaq fondunun yaydığı bəyanatda belə deyilir.
YUNİSEF bildirir ki, əhalinin humanitar vəziyyəti çox ağır olaraq qalır və minimum 2018-ci ilin iyununa kimi yaxşılaşacağı proqnozlaşdırılmır. Eyni zamanda o da qeyd olunur ki, təhlükəsizlik sahəsində vəziyyət yaxşılaşdığına görə qaçqınlar ölkəyə qayıdırlar.



