İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir

İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir backend

2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.

“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı. Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib. Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi. Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.