İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı çərçivəsində təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı keçirilir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, daha sonra dövlət başçılarının görüşü təşkil ediləcək.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə səfər edib.