Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı qalmaqal yaşanıb.
Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müxalif CHP-ni təmsil edən deputatların büdcə ilə bağlı sərt çıxışları hakim AKP təmsilçilərinin etirazına səbəb olub.Deputatların söz savaşı sonda dava ilə nəticələnib. Parlament üzvlərinin müdaxiləsi ilə davanın qarşısı alınıb. İclas təxirə salınıb.
