Davudoğlunun erməni müavinindən Öcalan sevgisi

Davudoğlunun erməni müavinindən Öcalan sevgisi backend

Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri PKK liderini tərifləyib.

Bu barədə Əhməd Davudoğlunun baş müşaviri erməni Etyen Mahcubyan “Habertürk”ə açıqlamasında bildirib. O, PKK lideri Abdullah Öcalanın ideoloji rəhbər və lider olduğunu vurğulayıb.
“Öcalan uşaq qatili olaraq adlandırılan, adı hallanmayan bir adamdır. Lakin artıq o anlayış dəyişib. Çünki Öcalan artıq kürd dünyasında ən rasional, dünyagörüşü geniş insan kimi qəbul edilir. Özü üzərində işləyən və formalaşdıran bir şəxsdir. Bu siyasətçinin bacarıqlarının Türkiyə olaraq hansı istiqamətdə istifadə edilməsi məsələsi var. Hal-hazırda bəyənsək də, bəyənməsək də “yaxşı ki, Öcalan adlı biri var” deyirik”, deyə E.Mahcubyan bildirib.
Xatırladaq ki, Türkiyədə nəşr olunun “Milli Gazete”nin köşə yazarı Mehmet Şevket Eygi iki il əvvəl yazdığı köşə yazısında A.Öcalanın atasının erməni olduğunu, özünün isə erməni kəndində doğulduğunu və ailədə onu Artin Akopyan kimi çağırdıqlarını qeyd etmişdi.
Diaspora