“Əl Qaidə” beynəlxalq terror təşkilatı Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürən qruplaşma liderlərindən birinin öldürüldüyünü bildirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində “Əl Qaidə”nin Yəmən qolunun ideoloji lideri Nasir bin Əli əl Ansi ölüb. Hücum zamanı onunla birlikdə böyük oğlu və bir neçə silahlı da ölüb.
Yəməndə ABŞ pilotsuz təyyarələrin endirdiyi zərbələr nəticəsində “Əl Qaidə”nin daha bir yüksək vəzifəsi üzvü Haris Nəzəri öldürülüb.Qeyd edək ki, “Charlie Hebdo”ya hücumdan sonra Fransada silsilə terror aktlarının törədiləcəyi ilə hədə qorxu gələn məhz Nəzəri oldub.