Krımda tatarların anım mitinqinin keçirilməsinə qadağa qoyuldu

Krımda tatarların anım mitinqinin keçirilməsinə qadağa qoyuldu backend

Simferopol şəhər administrasiyası Krım tatarlarının mayın 18-də mitinq keçirməsinə icazə verməyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Krım Media” agentliyi məlumat yayıb.

Məlumata görə, bu barədə Simferopol şəhər administrasiyasının rəhbəri Gennadi Baxarev bildirib.

“Onlar Lenin meydanında “Həmkarlar İttifaqı Evi”nin qarşısında kütləvi aksiya keçirməyi planlaşdırıblar. Lakin biz mitinq keçirməsinə icazə vermək niyyətində deyilik”, deyə o bildirib.

Qeyd edək ki, Krım Tatar Məclisi mayın 18-də Krım tatarlarının deportasiyasının 71-ci ildönümü ilə əlaqədar 5000 nəfərin iştirakı ilə anım mitinqi keçirməyi planlaşdırıb.
Diaspora