Ağ Evin sözçüsü ABŞ qoşunlarının Suriyadan çıxarmasından danışdı

Ağ Evin sözçüsü ABŞ qoşunlarının Suriyadan çıxarmasından danışdı backend

"ABŞ İraq və Suriyada terrorçularla mübarizəni davam etdirmək niyyətindədir. Suriyadan qoşunları çıxarmağı planlaşdırmırıq".

Modern.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Sara Sanders bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunları terrorçular tam zərərsizləşdirilənədək Suriyada qalacaq.

Qeyd edək ki, dekabrın 11-də Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılmasına dair əmr verib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Rusiya hərbçiləri artıq Suriyadan vətənə qayıtmağa başlayıblar.