Suriyanın qatil lideri Bəşər Əsəd Rusiya dövlət başçısı Vladimir Putinin Suriya səfəri zamanı ikinci plana düşüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Əsədin qonaq liderlə yan-yana getməsinə rus generalı imkan verməyib.Xatırladaq ki, dünən Bəşər Əsəd tərəfindən qarşılanan Vladimir Putin rus ordusunun Suriyadan çıxarılma əmrini verib.
Çəkilmə əmri qədər diqqət çəkən digər məqam isə rus generalın Əsədə müdaxilə etməsi olub.
Bununla bağlı yayılan videodan da görünür ki, qonaq lider Putin qırmızı xalıda yeriyərkən onun yanında olmaq istəyən Əsədi rus general elə ilk andaca qolundan tutaraq dayandırıb.
Öz ölkəsində qonağın ardından gəlməsi və bir əsgər tərəfindən əngəllənməsi Əsədin vəziyyətinin nə qədər acınacaqlı olduğunu göstərir.
Qaziler.az videonu təqdim edir: