ABŞ Senatı səs çoxluğu ilə Konqresə İranla əldə ediləcək nüvə sazişinə baxmaq və ya rədd etmək hüququ verən qanun layihəsini qəbul edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The New York Times məlumat yayıb.
Hazırda sənəd baxılması üçün Nümayəndələr Palatasına göndərilib.Qanun layihəsi üzrə səsvermənin gələn həftə keçirilməsi gözlənilir.
Qeyd edək ki, İran və Aİ nümayəndələrinin nüvə proqramına dair danışıqları mayın 12-də Vyanada davam etdiriləcək.