Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.
Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Suriyadan çıxarılması haqqında sərəncam verib.Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
Qeyd edək ki, Putin az əvvəl Rusiyanın Suriyadakı Hmeymim bazasına gəlib.
2016-cı ilin martında Putin Rusiyanın Suriyadakı hərbi birləşmələrinin böyük hissəsinin çıxarılması haqqında əmr vermişdi.
***
APA-nın məlumatına görə, V. Putini Hmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.
Rusiya lideri Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.
Putin daha sonra Suriyadan Türkiyəyə gələcək.
Qeyd edək ki, Hmeymim aviabazasında Rusiya aviasiyası və hərbçiləri yerləşir.