Qətər də silahlanır: qırıcılar alınır

Qətər də silahlanır: qırıcılar alınır backend

Qətər hökuməti və Britaniyanın “BAE Sistems” aviakonserni arasında razılaşma imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Faynənşıl Tayms” qəzeti yayıb. Razılaşmaya əsasən, Britaniya Qətərə 24 ədəd dördüncü nəsil “Tayfun” qırıcılarını tədarük etməlidir. Müqavilənin dəyərinin 6,7 milyard dollar olduğu vurğulanıb.

Qeyd edək ki, bu, sözügedən Britaniya şirkətinin son on il ərzində ixracla bağlı imzaladığı ən böyük müqavilədir.