Kiyevdə minlərlə insan küçələrə çıxdı - Video

Kiyevdə minlərlə insan küçələrə çıxdı - Video backend

Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə impiçment haqqında qərarın qəbul olunması üçün mitinq keçirirlər.

Axar.az xəbər verir ki, etirazçılar Kiyevin Taras Şevçenko parkından Maydana qədər yürüş keçiriblər.

Məlumata görə, yürüşə minlərlə insan qatılıb.

Hazırda mitinq davam edir. Etirazçılar Mixail Saakaşvilinin azad edilməsini, Prezident Pyotr Poroşenkonun istefa verməsini tələb edirlər.
LİNKİ BURADAN İZLƏYƏ BİLƏRSİNİZ