Ərdoğan yəhudilərə tarixi xatırlatdı: Biz qapı açdıq

Ərdoğan yəhudilərə tarixi xatırlatdı: Biz qapı açdıq backend

Mövqeyimizi həmsöhbətlərimizn kimliyinə görə yox, haqlı-haqsız olduğuna baxaraq müəyyənləşdiririk.

Zalım öz qardaşımız da olsa, qarşısına çıxmaqdan çəkinmirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O tarix boyu türklərin yəhudilərə dəstək olduğunu bildirib.

“Ey İsrail, 1492-ci ildə yəhudilər İspaniyadan köç etməyə məcbur ediləndə onlara qapılarını açan biz olduq. 19-cu əsrdə yəhudilər Rusiyada məruz qaldıqları təzyiq qarşısında qurtuluşu Osmanlıya sığınmaqda gördülər.

Biz məzlumların yanında olmağa davam edəcəyik. İlk qibləmiz, göz bəbəyimiz Qüds məsələsində bütün imkanlarımızdan sonuna qədər istifadə edəcəyik. ABŞ-ın bu addımını həm beynəlxalq hüquqa, həm də insanlığa ziddir. Trampın açıqlaması bizim üçün yox hökmündədir”, - Ərdoğan qeyd edib.