Çindən savaş anonsu: “Elə vəziyyət yaranıb ki...”

Çindən savaş anonsu: “Elə vəziyyət yaranıb ki...” backend

Koreya yarımadasındakı vəziyyət qara dəliyi xatırladır.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Vəziyyət və Çin Diplomatiyası Forumunda çıxışı zamanı Çin Xarici İşlər naziri Vanq Yi söyləyib.

“Yarımadada vəziyyət əvvəlki kimi həddən artıq çətindir. Faktiki olaraq bölgədəki vəziyyət qəddar dairə istiqamətində inkişaf edir və ondan çıxış perspektivləri mümkün görünmür. Bizim fikrimizcə, bundan sonra Çinin təşəbbüsü olan “ikili dayanma” (Şimali Koreya raket proqramını Vaşinqton və Seulun birgə hərbi təlimlərini dayandırmasına qarşılıq olaraq dondurur – red.) məsələsinə baxılmalıdır. Bu, qara dəlikdən çıxmaq üçün imkanlar yaradacaq. Pekin Koreya böhranının həllində hərbi təzyiqi heç vaxt qəbul etməyəcək”, – deyə o bildirib.