Saakaşvili həbs edildi

Saakaşvili həbs edildi backend

Ukraynanın baş prokuroru Yuri Lutsenko özünün “Facebook” səhifəsində yazıb ki, Mixail Saakaşvili Milli polis tərəfindən saxlanılıb.

“Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində istintaq hərəkətlərinin aparılması və məhkəməyə qətimkan tədbirinin seçilməsi üçün müraciət edilməsi planlaşdırılır. Vəd etdiyimiz kimi, güc strukturları izafi güc tətbiqindən və qandan qaçmaq üçün əllərindən gələni ediblər”, - o yazıb.

Xatırladaq ki, Ukrayna Baş prokurorluğu dekabrın 6-da Saakaşvilinin axtarışını elan edib. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur.