Türkiyədə dəhşətli qəza: 15 əsgər yaralandı

Türkiyədə dəhşətli qəza: 15 əsgər yaralandı backend

Türkiyədə Vandan Hakkarinin Yüksəkova mahalına gedən 60 maşınlıq hərbi maşın karvanı qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, qəza yolun buz tutması nəticəsində baş verib.

Məlumata görə, Zərnək su anbarı yaxınlığında 3 maşının aşması nəticəsində türk ordusunun 15 əsgəri yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları göndərilib. Van xəstəxanasına çatdırılan əsgərlərin vəziyyətinin yaxşı olduğu bildirilib.