Meşə yanğınları ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan olunub.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə fərman imzalayıb.Hazırda alov 640 kvadrat kilometr ərazini əhatə edib. Yaşayış məntəqələrindən azı 190 min nəfər təxliyə edilib. Alovun söndürülməsinə 6 minə yaxın yanğınsöndürən cəlb olunub.