Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə prezidentini 2018-ci il prezident seçkilərində ən güclü namizəd hesab edir.
Qaziler.az bildirir ki, bu barədə RİA "Novosti" məlumat yayıb."Bəli, Putin prezidentliyə ən güclü namizəddir. Düzdür, başqa namizədlər də olacaq, lakin ən çox şans təbii ki, Putinindir. Ona digər namizədlər üçün əlçatmaz olan xalqın dəstəyi var", - deyə Peskov bildirib.