Amerikalı jurnalist Maykl Bom Moskvada həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı REN TV yayıb. Onun həbsinə əsas səbəbin Rusiya ərazisində qeydiyyat müddətinin bitməsi olduğu bildirilib.Qeyd edək ki, Bom “Moskva Tayms” (“The Moscow Times”) qəzetinin əməkdaşıdır. O, tez-tez Rusiya telekanallarında amerikayönlü ekspert kimi çıxış edir.