Gürcüstan vətəndaşı qadını çamadanında Türkiyəyə keçirməyə çalışıb

Gürcüstan vətəndaşı qadını çamadanında Türkiyəyə keçirməyə çalışıb backend

Türkiyədə sərhədçilər Gürcüstan vətəndaşının çamadanında qadın aşkar ediblər.

Trend-in məlumatına görə, sərhədçilərin diqqətini Artvin vilayətində sərhəd-keçid məntəqəsində özünü şübhəli aparan şəxs cəlb edib.

Axtarışlar zamanı, ölkəyə qeyri-leqal yolla daxil olmağa çalışan 22 yaşlı qadın aşkar edilib.

Qeyd edək ki, bu ilin fevralında həmin sərhəd-keçid məntəqəsində çamadanlarda iki gürcü vətəndaşı aşkar edilmişdi.