Türkiyənin Trabzon vilayətindəki Erikbeli yaylası adlanan yerdə ac olan ayı və digər çöl heyvanları meşəliyə yaxın ərazidə yemək tapmaq üçün torpağı eşdikdən sonra yerli camaat terror təşkilatının silahlarını tapıblar.
Qaziler.az bildirir ki, silah-sursatı görən vətəndaşlar bu barədə polisə məlumat veriblər.Məlumatdan sonra əraziyə gələn təhlükəsizlik qüvvələri tərəfindən aparılan araşdırmalar nəticəsində torpağın altında gizlədilmiş 3 kq plastik partlayıcı, çoxlu sayda Kalaşnikov avtomatı, M16 mərmisi, 4 əl qumbarası, günəş paneli və digər silah-sursat aşkar edilərək götürülüb.
Əldə edilən silahlar arasında bölgədəki digər terror qrupları ilə əlaqə qurmaq üçün istifadə olunan rabitə cihazı da tapıldığına görə terrorçuların digər qruplarla əlaqəsi kəsilib.