ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B uzun mənzilli bombardmançı təyyarələri Koreya səmasında müşahidə olunub.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” informasiya yayıb.Cənubi Koreya və ABŞ-ın birgə təşkil etdiyi hava qüvvələri təlimlərində 230 döyüş təyyarəsi iştirak edib. B-1B uzaqmənzilli bombardmançı təyyarələri ilə yanaşı, təlimlərə həmçinin radarlara yaxalanmayan F-22 qırıcıları da cəlb edilib.
Qeyd edək ki, rəsmi Pxenyan təlimlərin nüvə müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.