Mişel Baçelet yeni nazirlər kabinetinin tərkibini bir neçə gündən sonra elan edəcək.
Qaziler.az xezerxeber-ə istinadın bildirir ki, Çili prezidenti Mişel Baçelet (Michelle Bachelet) höküməti istefaya göndərib.Prezident bir neçə gündən sonra yeni nazirlər kabinetinin tərkibini elan edəcəyini bildirib.
"Bir neçə saat əvvəl mən bütün nazirlərimin istefa verməsini xahiş etmişəm və mənə onlardan kimin qalacağı, kimin gedəcəyini müəyyən etmək üçün bir neçə saat lazımdır”, - deyə, Baçelet Çili televiziyasının efirində bəyan edib.
Miçel Baçelet Çilidə prezident vəzifəsində ilk qadındır. Çilidə hökumət dəyişikliyi onun prezident vəzifəsinə gəldiyindən cəmisi 14 ay keçmiş baş verir. Bir sıra korrupsiya qalmaqalından sonra son həftələr ərzində Baçeletin seçki reytinqi ən aşağı səviyyəyə düşüb.
Sosioloji sorğuların nəticələrinə əsasən, hazırda prezidentin fəaliyyətindən respondentlərin 64 faizi narazıdır.