Saakaşvili Poroşenkoya müraciət etdi

Saakaşvili Poroşenkoya müraciət etdi backend

"Yeni qüvvələr hərəkatı" partiyasının lideri Mixeil Saakaşvili Ukrayna prezidentinə müraciət edərək onun tərəfdarlarına qarşı hücumları dayandırmağa çağırıb.

Qaziler.az unian.ua-a istinadən bildirir ki, siyasətci bunu öz facebook səhifəsində yazıb.

"Mən Poroşenkoya müraciət edirəm. Bu təxribat sizin nəyinizə lazımdır? Hücum etməyin və insanları da özünü müdafiə etməyə məcbur etməyin! Bu dinc aksiyadır! Məgər təcrübə sizə heç nə öyrətməyib?" - məlumatda belə deyilir.

Xatırladaq ki, Kiyevin Marinski parkında polis Saakaşvili tərəfdarlarına hücum etmişdi.