Saakaşvili tərəfdarları Gürcüstanın eks prezidentinin saxlandığı mikroavtobusun qapısını sındıraraq onu azad ediblər.
Qaziler.az bildirir ki, bu barədə məlumatı "Strana" nəşri yayıb."RİA Novosti" əlavə edib ki, fəallar maşını pəncərələrini döyəcləyib, polis gözyaşardıcı qazdan istifadə edib.
"İnterfaks"ın verdiyi məlumata görə, polis avtobusdan çıxan Saakaşvilinin arxasınca getməyib.
Siyasətçi evinə doğru gedib. Yolda çıxış üçün dayanan Saakaşvili tərəfdarlarına dəstək üçün təşəkkür edib və deyib: "Heç nədən qorxmayın".