Ukraynanın paytaxtında Saakaşvili tərəfdarları ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma davam etməkdədir.
Qaziler.az bildirir ki, şəhərin mərkəzindəki iki küçədə yeni barrikada qurmağa çalışan Saakaşvili tərəfdarları ilə asayiş keşikçiləri arasında yenidən toqquşma olub. Fəallar və polis arasındakı qarşıdurma hazırda davam edir. Hüquq-mühafizə orqanı əməkdaşları etirazçıların qarşısını almaqda çətinlik çəkirlər.
