“Angela Merkelin mayın 9-da Moskvaya gəlməməsinin səbəbi Amerikanın ona etdiyi təzyiqlərdir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov çıxış edib. O, Merkeli bu qərarına görə tənqid edə bilməyəcəyini söyləyib:“Mən ona hörmətlə yanaşıram və hərəkətlərini anlayıram. Əminəm ki, bu qərar ABŞ-ın sərt təzyiqlərinin nəticəsidir”.
Qeyd edək ki, Angela Merkel Moskvaya mayın 10-da səfər edəcək. Mayın 9-da Moskvada keçirilən tədbirlərdə isə Merkelin yerinə Berlini səfir Ryudiqer fon Friç təmsil edəcək.