Saakaşvilinin evinin qapısı sındırılır - YENİLƏNİR - CANLI YAYIM

Saakaşvilinin evinin qapısı sındırılır - YENİLƏNİR - CANLI YAYIM backend

Saakaşvili: "Toxunsanız, özümü damdan atacam"

Gürcüstanın sabiq prezidenti, "Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə "1+1" telekanalı məlumat yayıb.

"Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, - deyə məlumatda bildirilir.




11:11

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün "Facebook" səhifəsində yazıb.

"Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, - Sakvarelidze yazıb.

"NewsOne" telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.