ABŞ Prezidenti Barak Obama ölkənin gələcəyinin irqi problemlərin həllindən asılı olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri Nyu Yorkda əksəriyyəti zənci və latın mənşəli amerikalıların yaşadığı Bronksda bir kollecdə çıxış edərək irqi ayrı-seçkilik ilə mübarizə aparacağını bildirib:“Onların səsi çox vacibdir. Çünki onların söyləyəcəyi çox şeyi var. Onların dedikləri güclü və çox böyük dəyişikliyə səbəb ola bilər”.
Daha sonra ABŞ prezidenti zəncilərin problemlərini dinləyib.