YPG terror təşkilatının rəhbər heyəti Suriyadakı Rusiya komandanları ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet görüşün Deyr əz-Zor şəhərində baş tutduğunu bildirib. Görüşdə terror təşkilatının nümayəndə heyətinə YPG-nin sözçüsü Nuri Mahmud rəhbərlik edib. İŞİD-ə qarşı ortaq mübarizə aparılması barədə danışıqların aparıldığı iddia edilən toplantıda tərəflər arasında hansı razılıqların əldə olunması haqqında mətbuata açıqlama verilməyib.Görüşdə iştirak edənlər arasında rusiyalı general da olub.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı hesab edilir.