“Rusiya çox böyük ehtimalla Donbasa yeni hücuma hazırlıq görür”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Müdafiə naziri Eşton Karter çıxış edib.Onun sözlərinə görə, artıq Rusiyanın Ukraynadakı separatçıları dəstəkləməsi şübhəsizdir.
“Rusiya hərbi əməliyyatların yeni raunduna hazırlaşır. Bu, Minsk razılaşmasına tam ziddir. Görünür, NATO-nun Avropa qoşunlarının komandanı general Bridlav haqlı imiş”.
Qeyd edək ki, bir müddət NATO-nun Avropa qoşunlarının komandanı general Flip Bridlav Rusiyanın Donbasda mümkün yeni hücumlarla bağlı hazırlıq gördüyünü bildirmişdi.