Bu gün Rusiyanın Rostov şəhərində 2 min hərbçinin iştirak edəcəyi paradın məşqləri keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib.Paradda raket və artilleriya qoşunlarının operativ-taktiki raket kompleksi olan “İsgəndər” raketləri, “Sahil” özüyeriyən artilleriya qurğuları, “Pançir” zenit-raket kompleksləri də nümayiş olunacaq.
“Məşqlərə 80-dən çox hərbi texnika çıxarılacaq. İlk olaraq Don paytaxtının küçələrində ən yeni “Tayfun” zirehli avtomobilləri, BMP-3 piyadaların döyüş maşınları və “Xrizantema” tank əleyhinə raket kompleksləri nümayiş olunacaq”, - məlumatda bildirilib.