ABŞ Ukrayna ordusunu qeyri-öldürücü silahlarla təmin etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster deyib.“Ukraynalılar hökumət və hərbi islahatların həyata keçməsi istiqamətində effektli addımlarını atır. Qeyri-öldürücü silahların verilməsi Kiyevin müdafiə qabiliyyətini artıracaq”, - Makmaster “Foks” telekanalına müsahibəsində deyib.