Cənubi Koreya yaxınlığında iki gəmi toqquşub: ölənlər var

Cənubi Koreya yaxınlığında iki gəmi toqquşub: ölənlər var backend

Sarı dənizin İnchon şəhəri yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində yeddi nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Gəmidə 22 nəfər olub, iki nəfər itkin düşüb. Zərərçəkənlərin vəziyyəti ağırdır.

Axtarış və xilasetmə əməliyyatında 4 vertolyot və 14 gəmi iştirak edir.