“Avropada bəzi təşkilatlar Azərbaycana qarşı ədalətsiz mövqedə dayanıb. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, kütləvi qətliamlar törətməsi gündəmə gətirilmir. Bu, ədalətsizlikdir”.
Bunu APA-ya Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benelüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.O bildirib ki, bu gün Avropada Yaxın Şərqdə baş verən faciələr, Ukraynadakı hadisələr qızğın müzakirə olunur, Dağlıq Qarabağ münaqişəsinə isə səthi yanaşma mövcuddur: “Bizim üçün ermənilər tərəfindən Xocalıda törədilən qətliam İkinci Dünya müharibəsi zamanı yəhudilərə həyata keçirilən soyqırımı ilə eynidir. Ermənistan Dağlıq Qarabağda insanlığa sığmayan cinayətlər törədib və bunun cavabını verməlidir”.
Lobbi rəhbəri onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporuna həmişə dəstək olmağa hazırdırlar.
Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.