Almaniyada ara qarışdı

Almaniyada ara qarışdı backend

Almaniyanın Hannover şəhərində bu gün keçirilən Almaniya Alternativ Partiyasının fövqəladə konqresi zamanı etiraz aksiyaları keçirilib.

Publika.az xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb.
Qarşıdurmalara səbəb isə federal parlamentdə 80 yeri olan partiyanın konqres təşkil etməsi üçün Hannover şəhərini seçməsi olub.
Ölkənin müxtəlif yerlərindən gələn etirazçılar polisin qurduğu barrikadaları aşmaq üçün təzyiq göstəriblər. Polis isə cavablarında su şırnaqlarından istifadə edib. Beləliklə, polislə etirazçı kütlə arasında qarşıdurmalar pik həddə çatıb və hər iki tərəfdən yaralananlar olub. İslanan etirazçılar havanın soyuq olması səbəbinə görə zibil qutularını yandıraraq isinməyə çalışıblar.