Müğənni Ebru Gündeş ABŞ-da həbsdə olan cənubi azərbaycanlı əri Rza Zərrabla bağlı hələ 2016-cı ildən prezident Rəcəb Tayyib Ərdoğana ismarış yolladığı üzə çıxıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rzanın Amerikada həbsindən sonra müğənni Ərdoğanın yaxın əhatəsinə “Ərimin ABŞ-a gedişi elə-belə hadisə deyil. Ona güvənmirəm, Türkiyəyə zərər verəcək” mesajını göndərib. Ərdoğanın isə Gündeşin bu sözlərinə “Qüsulumdan şübhəm yoxdur ki, namazımdan da şübhəm olsun” cavabını verib.Qeyd edək ki, Rza Zərrab İranla qanunsuz ticarət və enerji alveri səbəbindən həbs edilib.