“Siemens” kütləvi ixtisara başladı

“Siemens” kütləvi ixtisara başladı backend

Almaniyanın nəhəng “Siemens” şirkəti 2015-ci ilin ilk rübündə qazanc əldə etməsinə baxmayaraq, 4 min 500 adamı ixtisar edəcək.

Axar.az xəbər verir ki, işdən çıxarılacaq 2 min 200 nəfər şirkətin Almaniyadakı fabriklərindən olacaq.

Qeyd edək ki, “Siemens” bu ilin ilk rübündə 3,89 milyard avro qazanc əldə edib. Ötən ilin analoji dövründə isə bu rəqəm 1,12 milyard avro olmuşdu.

Xatırladaq ki, “Siemens” şirkəti daha öncə də 7400 adamı işdən çıxaracağını açıqlamışdı.
Diaspora