Saakaşvili Kiyev restoranında yad qadınla bir yerdə görüntüləndi - FOTO

Saakaşvili Kiyev restoranında yad qadınla bir yerdə görüntüləndi - FOTO backend

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntülənib.

Virtualaz.org Unian-a istinadən bildirir ki, bununla bağlı bloger Vsevolod Filimonenko öz Facebook səhifəsində müvafiq foto yerləşdirib. Onun sözlərinə görə, foto noyabrın 29-da "Givi Rubinşteyn" restoranında çəkilib.

Başqa bloger, Miroslav Oleşko iddia edib ki, fotoda siyasətçi ilə söhbət edən qadın Ukraynadakı "Ölkə" internet-nəşrinin redaktoru Svetlana Kryukovadır. Bloger həm də əlavə edib ki, "Givi Rubinşteyn" şəhərdə ən bahalı restoranlardan biridir.