Rusiyada aeroportlar işini dayandırdı

Rusiyada aeroportlar işini dayandırdı backend

Buna 9 may paradının sonuncu məşqinin keçirilməsi səbəb olub.

Rusiyanın paytaxtı Moskvada bütün hava limanları öz işinə 50 dəqiqəlik fasilə verib.

ANS PRESS-in məlumatına görə, buna II Dünya Müharibəsində Qələbənin 70-illiyi münasibətilə mayın 9-da keçiriləcək hərbi paradın sonuncu məşqinin keçirilməsi səbəb olub.

Moskva hava limanları yerli vaxtla saat 10:30-dan 11:20-dək işini dayandırıb. Həmin müddətdə müxtəlif aerodromlardan uçan təyyarə və helikopterlərin səmada düzülüş təşkil edilib. Bu zaman yalnız 9-11 min metr yüksəklikdə tranzit sərnişin təyyarələrinin uçuşuna icazə verilib.

Analoji məhdudiyyətlər mayın 9-da hərbi parad zamanı da qüvvədə olacaq.
Diaspora