Ər sosial şəbəkədəki hər "layk"a görə arvadını amansızcasına döyüb

Ər sosial şəbəkədəki hər "layk"a görə arvadını amansızcasına döyüb backend

Gənc uruqvaylı qadın Adolfina Kamelli Otriqoza öz ərinin əsiri olub. Belə ki qadının əri onu facebook-dakı hər "layk"a görə döyüb.

Qaziler.az bildirir ki, bu barədə yazan "The Daily Mail" bildirir ki, qəddarcasına döyülən qadın ölümcül hala düşüb.

32 yaşlı Pedro Heriberto Qalaano 21 yaşlı arvadını bağlı otaqda saxlayaraq dəfələrlə döyüb və zorlayıb. Vəkilin verdiyi məlumata görə, ərin fikrincə, həyat yoldaşı "onu layk edən" hər bir kişi ilə ərinə xəyanət edib.

Kişinin bu əməlləri ilə bağlı elə onun öz atası polisə məlumat verib.

Təcavüzkar ər saxlanılıb. Onu arvadını döydüyünə, azadlıqdan məhrum etdiyinə və etdiyi cinayəti susduğuna görə mühakimə edəcəklər. Qalaanonu 30 illik həbs və böyük məbləğdə cərimə gözləyir.