Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığında “TransAsia” aviaşirkətinə məxsus ATR 72-600 təyyarəsi qəzaya uğrayıb.
QAZİLƏR.AZ saytının “Agence France-Presse”ə istinadən xəbərinə görə, çaya düşən təyyarədə 58 sərnişin olub. Onlardan 17 nəfəri göyərtəni tərk edə bilib. Xilas olmuş sərnişinlər salondakı digər sərnişinləri xilas etməyə cəhd göstəriblər. Xilasedicilər gəldikdən sonra onlar sahilə təxliyə olunublar. İlkin məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb. Təyyarə Sunşan aeroportundan Tszinmen adasına uçurmuş. Qəza anı yoldan keçən maşınların videoregistratorlarına düşüb.