Benzin bazarımız da Rusiyanın əlindədir - Paşinyan

Benzin bazarımız da Rusiyanın əlindədir - Paşinyan backend

Avrasiya İttifaqına üzvlük bizə qonşularımızla əlaqələr qurmağa maneə yaradır.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Yelk Blokundan olan erməni deputat Nikol Paşinyan söyləyib.

“Gürcüstandan 5 kiloqram mandarin gətirmək üçün biz xeyli kağız təqdim etməyə məcbur oluruq. Bu, Avrasiya İttifaqının uğurudur. Yəni Sadaxlıdan 1000 drama gətirə biləcəyimiz mandarin üçün 5000 dram xərcləyirik. Üstəlik, ölkənin benzin sferası da monopolistlərin əlindədir. Əvvəllər şikayət edirdik ki, ölkəyə benzini ancaq oliqarxlara məxsus FLASH, CPS kimi şirkətlər gətirir, amma indi onların özləri də “Rosneft”in monopoliyasının qurbanı olublar”, - o bildirib.