Haaqa tribunalında xorvat general zəhər içdi

Haaqa tribunalında xorvat general zəhər içdi backend

Haaqa Tribunalında keçmiş Yuqoslaviya üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat general Slobodan Pralyak apellyasiya məhkəməsinin hökmündən sonra zəhər içib.

20 illik həbs cəzasının dəyişməz qaldığını eşidən keçmiş general “Zəhər içirəm” deyərək içində zəhər olan stəkanı başına çəkib.

2013-cü ildə Pralyak Bosniya və Hersoqovinadakı vətəndaş müharibəsində törətdiyi cinayətlərə görə 20 il həbs cəzası almışdı.